...

Senatorlar ABŞ dövlət katibini Türkiyə əleyhinə qətnaməni qəbul etməyə çağırır

Siyasət Materials 10 Mart 2012 12:18 (UTC +04:00)
Bir neçə senator ABŞ dövlət katibini Türkiyə əleyhinə qətnaməni qəbul etməyə çağırır.
Senatorlar ABŞ dövlət katibini Türkiyə əleyhinə qətnaməni qəbul etməyə çağırır

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir E.İsmayılova/

Bir neçə senator ABŞ dövlət katibini Türkiyə əleyhinə qətnaməni qəbul etməyə çağırır. Trend-in məlumatına görə, bu barədə ABŞ Senatının saytındakı senator Skot Braunun səhifəsi məlumat verir.

Senatorlar Braun, Faynşteyn, Kirk martın 8-də dövlət katibini Türkiyədə dini ayrı-seçkiliyə qarşı mübarizəni gücləndirməyə çağırıblar.

Qətnamə layihəsində kilsə və məbədlərin "qanuni sahiblərinə" qaytarılması və dini əlamətlər üzrə ayrı-seçkiliyin bütün formalarının dayandırılması nəzərdə tutulur.

"Bu qətnamə Türkiyə hakimiyyətinə onun öz xristian azlıqlarının hüquqlarına hörmət etməli olmasına dair tamamilə aydın işarədir və bütün dünyada ABŞ-ın etiqad azadlığına sadiqliyini bir daha təsdiqləyir", - senator Kirkin mətbuat katibi deyib.

Qətnamə layihəsində Türkiyənin kilsələrin müsadirə olunmuş bütün əmlaklarını, müqəddəs yerlərin daşınan əmlakını, yəni incəsənət əsərlərini, əlyazmaları, kilsə əşyalarını və s. qaytarması ilə bağlı çağırış da yer alır.

Habelə, senatorlar Türkiyəni dini məsələlərdə erməni və yunan kilsələrinin azadlıqlarını məhdudlaşdırmaqdan əl çəkməyə də çağırıblar.

Xəbər lenti

Xəbər lenti