...

Xaricdə təhsil alan azərbaycanlıların forumu keçiriləcək

Siyasət Materials 13 Mart 2012 12:44 (UTC +04:00)
"Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" (ASAİF) aprelin 5-8-də Macarıstanın paytaxtı Budapeştdə "Mən Gənc Səfirəm" adlı forum keçirəcək.
Xaricdə təhsil alan azərbaycanlıların forumu keçiriləcək

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.Mehdiyev/

"Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" (ASAİF) aprelin 5-8-də Macarıstanın paytaxtı Budapeştdə "Mən Gənc Səfirəm" adlı forum keçirəcək.

ASAİF-dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, forumun keçirilməsində əsas məqsəd dünyanın bir çox nüfuzlu ali məktəblərində təhsil alan gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək respublikamızın xaricdə təbliğinin səmərəli təşkilində şəbəkələşmə prosesini gücləndirmək, informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə dəstək olmaqdır.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkili Ceyhun Osmanlı və bir çox digər millət vəkillərinin, Macarıstanın rəsmi şəxsləri və parlamentarilərinin, həmçinin bir çox media strukturlarının rəhbər heyətləri, biznes struktur rəhbərləri, ictimai xadimlər və müxtəlif sahələrdən olan qonaqların iştirakı nəzərdə tutulub.

Həmçinin tədbir çərçivəsində təşkil olunacaq Azərbaycan mədəniyyət gecəsində ölkəmizin mədəniyyət inciləri, musiqisi və incəsənət nümunələri nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti