Gürcüstan, Tbilisi, 22 mart /Trend, müxbir N.Kirsxaliya/
Martın 23-də Tbilisidə Gürcüstanın Avropaya inteqrasiya məsələləri üzrə dövlət naziri Aparatının və Polşanın Şərq Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə Aİ-nin "Şərq tərəfdaşlığı" forumu keçiriləcək.
Trend-in məlumatına görə, tədbiri Gürcüstan Baş nazirinin müavini Georgi Baramidze açacaq.
Forumun işində Aİ-yə üzv ölkələrin və "Şərq tərəfdaşlığı" dövlətlərinin (Gürcüstan, Azərbaycan, Belarus, Moldova, Ermənistan, Ukrayna) qanunverici və icra hakimiyyətlərinin, eləcə də QHT-lərin, beynəlxalq KİV və biznes dairələrinin nümayəndələri və müstəqil ekspertlər iştirak edəcəklər.