...

Yunanıstan Azərbaycanla ikitərəfli münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa çatdırmaq niyyətindədir – səfir

Siyasət Materials 27 Mart 2012 11:11 (UTC +04:00)
Yunanıstan Azərbaycanla ikitərəfli münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa çatdırmaq niyyətindədir.
Yunanıstan Azərbaycanla ikitərəfli münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa çatdırmaq niyyətindədir – səfir

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir S.Ağayeva /

Yunanıstan Azərbaycanla ikitərəfli münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa çatdırmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş konfransda deyib.

"Son 20 il ərzində ölkələrimiz arasında ciddi siyasi dialoq qurulub, iqtisadi əlaqələr yaxşı səviyyədədir, ölkələr arasında işgüzar təmaslar yaradılır, habelə möhkəm müqavilə-hüquq bazası da mövcuddur və bunların hamısı iki ölkənin münasibətlərinin yeni səviyyəyə çıxmasından xəbər verir", - səfir deyib.

Metaksasın sözlərinə görə, iki ölkə arasında humanitar və turizm sahəsində əlaqələr də lazımi səviyyədədir, Azərbaycanda yunan dilinin öyrənilməsi üzrə yeni layihələr həyata keçirilir.

"Yunanıstandakı iqtisadi böhran ölkələrimiz arasında münasibətlərə heç cür təsir göstərməyib və biz əlaqələrimizi gələcəkdə də irəlilətmək fikrindəyik", - diplomat qeyd edib.

Yunanıstanın Azərbaycanda səfirliyi 1993-cü ildə, Azərbaycanın Afinada səfirliyi isə 2004-cü ildə açılıb.

Xəbər lenti

Xəbər lenti