...

Azərbaycan və İspaniyanın Diplomatik akademiyaları razılaşma imzalayıblar

Siyasət Materials 28 Mart 2012 16:39 (UTC +04:00)
Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü və təşkilati dəstəyilə Azərbaycan Diplomatik Akademiyası (ADA) və İspaniya Diplomatik Akademiyası əməkdaşlıq memorandumu imzalayıblar.
Azərbaycan və İspaniyanın Diplomatik akademiyaları razılaşma imzalayıblar

Azərbaycan, Bakı, 28 mart /Trend/

Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü və təşkilati dəstəyilə Azərbaycan Diplomatik Akademiyası (ADA) və İspaniya Diplomatik Akademiyası əməkdaşlıq memorandumu imzalayıblar.

Trend-in ADA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, razılaşmada tələbə və mühazirəçi müəllimlərin mübadiləsi, eyni zamanda, ADA tərəfindən ispaniyalı diplomatlar üçün Xəzər Dənizi Hövzəsi Araşdırmaları kurslarının təşkili nəzərdə tutulub.

Azərbaycan Diplomatik Akademiyası, həmçinin Madridin nüfuzlu IE Biznes İnstitutu ilə razılaşma imzalayıb.

Razılaşma çərçivəsində ADA tələbələri endirilmiş əsaslarla bu institutda MBA proqramında təhsil ala bilərlər.

Xəbər lenti

Xəbər lenti