Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq birliyin nüvə təhlükəsizliyi istiqamətində səylərini dəstəkləyir (FOTO) (ƏLAVƏ OLUNUB)

Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq birliyin nüvə təhlükəsizliyi istiqamətində səylərini dəstəkləyir (FOTO) (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 27 mart saat 16:11-də yayılıb)

Azərbaycan, Bakı, 28 mart /Trend/

Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammiti martın 27-də öz işini davam etdirib.

Sammitin ikinci günü nüvə təhlükəsizliyi sahəsində milli tədbirlərin təhlilinə və fiziki nüvə təhlükəsizliyinin möhkəmləndirilməsində beynəlxalq əməkdaşlığa həsr olunub. Zirvə görüşündə dünya liderləri nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsində yeni səylər haqqında fikir mübadiləsi aparıblar.

Trend AzərTAc-a istinadən məlumat verir ki, Sammitin martın 27-də keçirilən birinci plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyev nitq söyləyib.

"Azərbaycan qlobal nüvə təhlükəsizliyinə mühüm əhəmiyyət verir və Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyası və Nüvə Materiallarının Fiziki Qorunması kimi mühüm beynəlxalq sazişlərə qoşulmuşdur. Azərbaycan nüvə təhlükəsizliyini təmin edən norma və standartların formalaşdırılması işində Beynəlxalq Atom Enerjisi Agentliyinin oynadığı rolu vacib hesab edir. Ölkəmiz nüvə təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı Agentliklə uğurlu əməkdaşlıq qurmuşdur. Biz mövcud uğurlu əməkdaşlığı 2008-ci ildə təsis etdiyimiz Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi vasitəsilə daha da genişləndirmək əzmindəyik", - İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, nüvə silahının yayılma təhlükəsini və coğrafi mövqeyimizi nəzərə alaraq Azərbaycan, ərazisindən nüvə qaçaqmalçılığı üçün tranzit marşrutu kimi istifadəsi edilməsi hallarının qarşısının alınmasına xüsusi əhəmiyyət verir. Azərbaycan beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək yüksək standartlara əsaslanan möhkəm qanunverici baza vasitəsilə ixraca nəzarət üçün güclü sistem yaratmışdır. Bu sistem nüvə qaçaqmalçılığının qarşısının alınmasında özünü etibarlı mexanizm kimi doğruldur.

"Əfsuslar olsun ki, qonşu Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin davamlı işğalı səbəbindən beynəlxalq səviyyədə tanınmış cənub sərhədimizin 130 kilometrinə və Ermənistan ilə olan sərhədimizin böyük hissəsinə heç bir nəzarət mövcud deyildir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində həmin ərazilər artıq 20 ildir ki, Ermənistanın işğalı altındadır. Həmin torpaqlarda Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdır. Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının bütün işğalçı qüvvələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymur.

Azərbaycan coğrafi şəraitini və ətraf mühit üçün baş verə biləcək transsərhəd fəsadları nəzərə alaraq, mülki məqsədlər üçün nüvə qurğularının təhlükəsizliyini və etibarlılığını möhkəmləndirmək məqsədilə göstərilən səyləri tam dəstəkləyir. Bu yaxınlarda sunami nəticəsində Fukusima Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzaya çox ciddi şəkildə yanaşılmalıdır. Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasından olduqca narahatdır. Metsamor stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir. O, son illərini yaşayan reaktorun soyudulması üçün zəruri olan su resurslarının çatışmadığı yüksək dərəcəli seysmik zonada yerləşir. Avropa İttifaqı Şərqi Avropa və keçmiş Sovet İttifaqında tikilmiş 66 sovet reaktoru arasında Metsamor reaktorunu "ən köhnəlmiş və ən etibarsız" hesab etmişdir. Hesabatda Metsamor "bütöv region üçün təhlükə" adlandırılır", - Azərbaycan Prezidenti qeyd edib.

İlham Əliyev bildirib ki, bununla belə, biz nüvə enerjisi qurğusunu tikməyi arzulayan tərəfə səlahiyyətləri verəcək regional nüvə təhlükəsizliyini və etibarlılığını müəyyənləşdirən rejimlərin tətbiq edilməsini təklif edirik. Bu halda öz qonşularından razılığın alınması, həmin sahələrin etibarlılığı və təhlükəsizliyi barədə məlumatların şəffaf şəkildə mübadiləsi, yoxlamaların qəbulu və risklərə görə kompensasiyanın ödənilməsi kimi prosedurlar nəzərdə tutula bilər.

"Azərbaycanın qoşulduğu Nüvə Terrorçuluğuna Qarşı Qlobal Mübarizə Təşəbbüsü və Prinsiplər Toplusu çərçivəsində beynəlxalq razılaşmanın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə çalışaraq, biz may ayında BMT-nin Təhlükəsizlik Şurasında sədrliyimiz zamanı yüksək səviyyəli müzakirələrin keçirilməsini planlaşdırırıq. Bu, antiterrorçuluq, o cümlədən nüvə terrorçuluğuna qarşı mübarizə kimi geniş məsələlər ətrafında müzakirələr üçün münasib fürsət olacaqdır", - dövlət başçısı deyib.

Zirvə görüşündə dünya liderləri nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsində yeni səylər haqqında fikir mübadiləsi aparıblar. Çıxışlarda bildirilib ki, ölkələrin rəhbərlərinə elə bir qurumun təşkili vacibdir ki, burada ən yaxşı təcrübəni bölüşmək və götürülən öhdəliklərin reallaşmasına kömək göstərmək mümkün olsun.

Sammit iştirakçıları məsələ ilə bağlı son iki ildə əldə edilən irəliləyişə baxmayaraq, nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu və bu təhlükənin qarşısının alınması üçün dünyanın düzgün istiqamətdə irəlilədiyini bildiriblər.

Müzakirələrdə atom energetikası obyektlərində terror təhlükəsinin qarşısının alınması, yüksək zənginləşdirilmiş uran və plutonium kimi xammalın istifadəsini minimuma endirməklə bağlı məsələlərə də toxunulub.

İclasın yekununda liderlər birgə foto çəkdiriblər.

Sonra dövlət və hökumət başçılarının şərəfinə işçi nahar verilib.

Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak edib.

Günün ikinci yarısında Sammitin ikinci qapalı plenar iclası keçirilib. Sammitdə yekun kommunike qəbul olunub və növbəti nüvə təhlükəsizliyi sammitinin 2014-cü ildə Niderlandda keçirilməsi qərara alınıb.

Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi
Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi
"Arsenal" Avropa Liqasının 1/8 finalına çıxıb
"Arsenal" Avropa Liqasının 1/8 finalına çıxıb
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir
Prezident İlham Əliyev: Zəngilan rayonunun üç kəndində “ağıllı kənd” layihəsi həyata keçiriləcək
Strasburqda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbirlər keçirilib (FOTO)
Ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya Xocalı faciəsini azərbaycanlılar törədib - Alim
Bakıda iki minik avtomobili toqquşub
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Azərbaycan Avrasiyada miqyasına görə üçüncü qaz hasilatçısına çevriləcək - Hesabat
BMT TŞ vaksinasiya ilə bağlı qətnamə qəbul edib
Avropa Şurası Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin mandatını uzadıb
Ankaranın Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılıb
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
Xocalı faciəsinin səbəblərini və günahkarlarını araşdırmaq lazımdır - Rusiyalı politoloq
Xocalı hadisələrinin şahidi öz xatirələrini bölüşüb
Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!” (FOTO)
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır
Polkovnik Elxan İbrahimov öz vəzifəsindədir - Müdafiə Nazirliyi
Yalnız sıx əməkdaşlıq Cənubi Qafqaz regionunun demilitarizasiyasına xidmət edə bilər - Komitə sədri
MDU-nun tələbələri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşib
Azərbaycan könüllüləri dünyanı Xocalı soyqırımına səssiz qalmamağa çağırıb (FOTO)
Bu il sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək
Dövlət başçısı hər bir sualı cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü - Arzu Nağıyev (VİDEO)
AXC-Müsavat cütlüyü hərbi qüvvələri öz məkrli məqsədləri üçün istifadə edirdi - Deputat
Azərbaycan Prezidenti: Bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar
Kişinyov şəhərində Xocalı soyqırımının qurbanları yad edilib
Prezident İlham Əliyev: Rusiya və Azərbaycan dost ölkələrdir
Alman alim Xocalı qətliamından yazıb
Prezident İlham Əliyev: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
Azərbaycan Prezidenti: Monitorinq Mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək
Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşdu
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımını anım tədbiri keçirilib (FOTO)
Şuşada Xocalı qurbanları yad edilib (VİDEO)
Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
Ədliyyə orqanlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
İordaniyada Xocalı soyqırımı ilə əlaqədar anım gecəsi keçirilib (FOTO)
“Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Rektor Şahin Bayramov Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı açıqlama verib
Xocalı soyqırımı - insanlığa qarşı amansız terror!
Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib
Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət etdi (FOTO)
Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb
Estoniyadan diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq olundu
Ermənilər hamilə əmim qızını öldürdülər - Faciədə hər iki valideynini itirən Xocalı şahidi
ADU-nun Tərcümə fakültəsində “Xocalı soyqırımından Qarabağ zəfərinə” adlı tədbir keçirilib
"ADY Container" MMC Türkmənistandan Türkiyəyə kükürd daşıyır
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət Hacıyev
Baş İdarə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib
Qazaxıstan və Azərbaycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olunub
Azərbaycan Prezidenti: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
AzTU tələbələri işlə təmin etmək üçün taksi xidməti yaratdı
Tbilisidə Xocalıya həsr edilmiş anım mərasimi və fləşmob təşkil edilib (FOTO)
AMEA-da virtual laboratoriyalar yaradıla bilər
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO)
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Azercell ilə TikTok indi daha əlçatandır!
Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi (FOTO)
Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub (FOTO)
Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir
Azərbaycan könüllüləri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat veriblər
Prezident İlham Əliyev: Azərbaycana xoş gəlmisiniz plakatı nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur
Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üçün plan hazırlayır
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır
Varşavada Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Xocalı həqiqətləri Avropanın nüfuzlu media orqanında
Azərbaycan Prezidenti: Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz, bunlar terrorçu və təxribatçılardır
Bizi Qarabağdakı əsas tapşırıqdan heç nə yayındırmamalıdır - Mariya Zaxarova
Dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir - Deputat
Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO/VİDEO)
Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anım günü elan edilib (FOTO)
Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirə qatılıb
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
Dinc sakinlərə qarşı aqressiya bunu törədənin zəifliyinin göstəricisidir - Rusiyalı ekspert
Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib
“Muğanbank” ASC-nin reytinqləri üzrə proqnoz yenidən baxılaraq, “Neqativ”-dən “Stabil”-ə dəyişdirilmişdir
Portuqalıya kinoşirkəti “STORY of KHOJALI” adlı film ekranlaşdırıb (VİDEO)
Azərbaycanda 180 nəfər COVID-19-dan sağalıb, 219 nəfər yoluxub, 4 nəfər vəfat edib
Qəbələdə ağac kəsən şəxs cəzalandırılıb
Srebrenitsa anaları Ağdamda olublar (FOTO)
Əfv komissiyası hansı müraciətlərə baxıb?
Xocalı faciəsinin 29-cu ildönümü Bolqarıstanda anılıb (FOTO)
Şirvanda qadını öldürməkdə şübhəli bilinən şəxslər tutuldu
Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
Naqif Həmzəyev “A Haber” televiziya kanalında Xocalı soyqırımından danışıb (FOTO/VİDEO)
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)
ADU-nun Çinşünas tələbələri Xocalı faciəsini yad edib (FOTO)
Prezident İlham Əliyev 4 saatdan çox davam edən konfransda 50-yə yaxın sualı cavablanıdırb
Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 erməni axtarışa verilib - Baş prokuror
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
Prezident İlham Əliyevin bir neçə dildə danışması xarici jurnalistləri təəccübləndirib: Rekorda imza atdınız (VİDEO)
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Seulda silsilə tanıtım və məlumatlandırma aksiyaları davam etdirilib (FOTO)
Xocalıda cinayətlərin törədilməsində günahkar olan hər kəs ədalətli cəzasını almalıdır - Ukraynalı ekspert
Bütün xəbərlər