...

Macarıstan Prezidenti istefaya getdiyini elan edib

Siyasət Materials 2 Aprel 2012 16:55 (UTC +04:00)
Macarıstan Prezidenti Pal Şmitt bazar ertəsi plagiatlığa görə doktorluq dərəcəsindən məhrum edildikdən sonra öz postunu tərk etdiyini bəyan edib.
Macarıstan Prezidenti istefaya getdiyini elan edib

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Macarıstan Prezidenti Pal Şmitt bazar ertəsi plagiatlığa görə doktorluq dərəcəsindən məhrum edildikdən sonra öz postunu tərk etdiyini bəyan edib. Bu barədə bazar ertəsi Trend "Reuter" agentliyinə istinadən məlumat verir.

Ötən həftə Budapeştin İqnats Zemmelvays adına Tibb və İdman Universitetinin (keçmiş Bədən Tərbiyəsi Universiteti) Elmi Şurası Şmittin alimlik dərəcəsini ləğv edib. Belə ki, Şura onun sitat gətirilən mənbəni göstərmədən Bolqarıstanın idman xadimi Nikolay Georgiyevin dissertasiyasından mətnin "böyük həcmdə" hərfi tərcüməsindən istifadə etdiyini hesab edib. Bu barədə RİA Novosti yazır.

Bundan əvvəl Şmitt bu qalmaqalla bağlı öz postunu tərk etmək fikrində olmadığını bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti