...

Almaniya Azərbaycana sərhədlərin qorunması sahəsində dəstək göstərib

Siyasət Materials 5 Aprel 2012 10:56 (UTC +04:00)
Almaniya Azərbaycana sərhədlərin qorunması sahəsində dəstək göstərib.
Almaniya Azərbaycana sərhədlərin qorunması sahəsində dəstək göstərib

Azərbaycan, Bakı, 5 aprel / Trend müxbir K.Zərbalıyeva/

Almaniya Azərbaycana sərhədlərin qorunması sahəsində dəstək göstərib.

Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniya Federal Polis İdarəsi və Azərbaycan Dövlət Sərhəd Xidməti arasında ikitərəfli
əməkdaşlıq çərçivəsində Sərhəd Xidmətinə saxtalaşdırılmış sənədlərinin müəyyən edilməsi üçün 50 ədəd cihaz təhvil verilib.

Təhvil verilmə mərasimindən əvvəl Sərhəd Xidmətinin əməkdaşları üçün bir həftə ərzində təlim keçirilib.

Almaniya bu dəstəklə transsərhəd cinayətlərin, xüsusilə qeyri-qanuni miqrasiyanın azaldılmasına töhvə vermək istəyir.

Almaniyanın Federal Polis İdarəsi və Dövlət Sərhəd Xidməti arasında 2004-cü ildən etibarən intensiv işguzar əlaqələr mövcuddur. Bu günə kimi illik əməkdaşlıq proqramları çərçivəsində beynəlxalq standartlara uyğunlaşdırma üzrə ikitərəfli təlim və təchizat yardımının çoxsaylı layihələri həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti