...

Seymur Orucov: ASAIF-in Budapeşt forumunda Azərbaycan diasporunun Avropada gücü hiss olundu

Siyasət Materials 9 Aprel 2012 16:30 (UTC +04:00)
ASAIF-in Budapeşt forumu zamanı Azərbaycan diasporunun Avropada gücü hiss olundu.
Seymur Orucov: ASAIF-in Budapeşt forumunda Azərbaycan diasporunun Avropada gücü hiss olundu

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Mehdiyev/

ASAIF-in Budapeşt forumu zamanı Azərbaycan diasporunun Avropada gücü hiss olundu. Bunu bazar ertəsiTrend-ə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Aprelin 6-7-də Macarıstanın paytaxtı Budapeştdə ASAIF - Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun "Mən gənc səfirəm" forumunda iştirak edən Orucov qeyd edib ki, Azərbaycan diasporu Avropada iri addımarla irəliləyir.

"Azərbaycan diasporu əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən formada inkişaf edir", - Orucov qeyd edib.

Onun sözlərinə görə, forum zamanı azərbaycanlı tələbələr özlərini nümunəvi tələbələr kimi göstərdilər. Qeyd olundu ki, onlar gələcəkdə Azərbaycanın Avropada səfirləri olacaqlar.

Orucov deyib ki, forum zamanı xaricdəki azərbaycanlı gənclərin mütəşəkkilliyinin daha da artırılması qərara alınıb.

Novbəti iclasın gələn il Romada keçirilməsi qərara alınb.

Qeyd edək ki, forumda 25-dən artıq ölkədən 200-dən çox gənc bir araya gəlib. İki gün davam edən foruma Almaniya, Çin, Amerika Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanı, Çexiya, Türkiyə, Avstraliya, Belçika, Böyük Britaniya, İtaliya, Fransa və digər ölkələrdən tələbələr qatılıb.

Xəbər lenti

Xəbər lenti