...

Ermənistan KİV: Yuxarılarda artıq kadr yerdəyişmələrini müzakirə edirlər

Siyasət Materials 13 Aprel 2012 16:53 (UTC +04:00)
Seçkiqabağı kampaniya yenicə başlayır, lakin yuxarılarda artıq kadr yerdəyişmələri məsələsi müzakirə edilir.
Ermənistan KİV: Yuxarılarda artıq kadr yerdəyişmələrini müzakirə edirlər

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Seçkiqabağı kampaniya yenicə başlayır, lakin yuxarılarda artıq kadr yerdəyişmələri məsələsi müzakirə edilir. Trend-in məlumatına görə, bu barədə cümə günü Ermənistanın "Yerkir" nəşri yazır.

Nəşrin məlumatına əsasən, yeni hökumətin formalaşdırılmasından sonra Ermənistan Respublika Partiyası və "Çiçəklənən Ermənistan" partiyası səhiyyə və təhsil nazirlərinin portfelini dəyişdirəcəklər. Təhsil naziri Armen Aşotyan daha sakit vəzifəyə üstünlük verməklə (məsələn, hər hansı bir ölkədə səfir) vəzifəsindən getməyə hazırdır.

Bunun əksinə olaraq, səhiyyə naziri Arutyun Kuşkyan vəzifəsindən getmək istəmir.

Xəbər lenti

Xəbər lenti