...

ATƏT-in Azərbaycanla həyata keçirəcəyi yeni layihə gələn həftə Vyanaya göndəriləcək

Siyasət Materials 14 Aprel 2012 09:52 (UTC +04:00)
Hazırda ATƏT Azərbaycanla 2013-ci ildə həyata keçiriləcək birgə layihənin hazırlanması istiqamətində müvafiq iş aparır və onun gələn həftə Vyanaya göndərilməsi gözlənilir.
ATƏT-in Azərbaycanla həyata keçirəcəyi yeni layihə gələn həftə Vyanaya göndəriləcək

Azərbaycan, Bakı, 14 aprel / Trend müxbir E.Mehdiyev/

Hazırda ATƏT Azərbaycanla 2013-ci ildə həyata keçiriləcək birgə layihənin hazırlanması istiqamətində müvafiq iş aparır və onun gələn həftə Vyanaya göndərilməsi gözlənilir. Trend-in şənbə günü verdiyi məlumata görə, bunu ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Torqayın jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan ATƏT-in fəaliyyətinə vacib töhfə verir. Hər il təqribən 80-90 layihə həyata keçirilir. Bütün bu layihələrin həyata keçirilməsində ATƏT Azərbaycanla birgə əməkdaşlıq edir.

Torqay deyib ki, ATƏT ilə Azərbaycan arasında əlaqələrin inkişaf edib.

"20 il əvvəlki əlaqələri müqayisə etdikdə görürük ki, hazırkı əlaqələrin inkişafında böyük dəyişikliklər var. Bu irəliləyiş əsasən də Azərbaycan ilə bağlıdır. Belə ki, 1992-ci illə indiki dövrü müqayisə etsək, Azərbaycanda böyük inkişafın baş verməsinin şahidi oluruq. Bununla yanaşı, ATƏT ilə Azərbaycan arasında ikitərəfli əlaqələrdə mühüm irəliləyiş əldə olunub"- səfri əlavə edib.

Xəbər lenti

Xəbər lenti