...

Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulmasına maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 18 Aprel 2012 19:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulmasına maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı başlanmış əsaslı təmir işlərinin davam etdirilməsi, əlavə tibbi avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti