...

Bakı və Budapeşt yaxın illərdə strateji əməkdaşlıq səviyyəsinə çatacaqlar - macar nazir

Siyasət Materials 20 Aprel 2012 17:17 (UTC +04:00)
Azərbaycan və Macarıstan yaxın illərdə strateji əməkdaşlıq səviyyəsinə çatacaqlar.
Bakı və Budapeşt yaxın illərdə strateji əməkdaşlıq səviyyəsinə çatacaqlar - macar nazir

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Macarıstan yaxın illərdə strateji əməkdaşlıq səviyyəsinə çatacaqlar. Trend-in məlumatına görə, bu barədə cümə günü Macarıstanın kənd təsərrüfatı və regionların inkişafı naziri Şandor Frazekaş Bakıda Macarıstan Mədəniyyət Günlərinin açılışında çıxışı zamanı bildirib.

Mədəniyyət Günləri ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilib.

Onun sözlərinə görə, Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Nazir əmin olduğunu bildirib ki, onun Bakıya cari səfəri və Azərbaycan hökuməti ilə aparılan danışıqlar zamanı gələcək əməkdaşlığın prioritetləri müəyyənləşdiriləcək.

"Ümid edirəm ki, biz kənd təsərrüfatı və digər sahələrdə böyük nəticələr əldə edəcəyik", - o deyib.

Frazekaşın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev payızda Macarıstana rəsmi səfər edəcək.

Xəbər lenti

Xəbər lenti