...

Qərb mətbuatında antiazərbaycan kampaniyasının arxasında nə dayanır?

Siyasət Materials 23 Aprel 2012 16:45 (UTC +04:00)
Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində təkcə qalib gəlməsi deyil, həmçinin müsabiqəni bu musiqi şousunun ən yaxşı ənənələri ilə keçirməyə hazırlaşması bəzi xarici qüvvələrə rahatlıq vermir.
Qərb mətbuatında antiazərbaycan kampaniyasının arxasında nə dayanır?

Elmira Tariverdiyeva, Trend agentliyinin icmalçısı

Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində təkcə qalib gəlməsi deyil, həmçinin müsabiqəni bu musiqi şousunun ən yaxşı ənənələri ilə keçirməyə hazırlaşması bəzi xarici qüvvələrə rahatlıq vermir. Xarici qüvvələri Azərbaycanın son vaxtlar siyasi arenada daha nəzərəçarpan və nüfuzli oyunçuya çevrilməsi də narahat edir. Qərb mətbuatında ölkəyə qarşı mənfi münasibət tendensiyasını məqsədyönlü və ödənilmiş qara piardan başqa heç nə ilə izah etmək mümkün deyil.

Ziddiyyətli vəziyyət ondan ibarətdir ki, Qərb KİV-in fikrincə, Azərbaycan həm azad sözə hörmətsizlik etməkdə, həm də jurnalistlərə qarşı pis münasibət göstərməkdə tam günahkardır. Lakin bu, məhz ölkənin həm siyasi, həm də iqtisadi planda real uğurlar nümayiş etdirməyə başladığı vaxta təsadüf edir. Görünür, Azərbaycanın "Eurovision"da qalib gəlməsi və təntənəli şou keçirmək barədə vəd verməsi kimlər üçünsə son damcı oldu.

Məsələ heç də ölkədə hər bir sahədə hər şeyin ideal olmasında deyil. Heç kəs də demir ki, gənc dövlət 20 illik müstəqillik dövründə Qərb nümunəli demokratiya yolunda dayanan bütün vəzifələrin öhdəsindən gəlib. Məsələ ondan ibarətdir ki, niyə problemlər haqqında məhz indi xorla danışmağa başlayıblar?. Axı, Avropa komissarı Joze Manuel Barrozo Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsini ölkə rəhbərliyi ilə müzakirə etmək məqsədilə Bakıya gələndə Qərbin ölkə və onun problemləri haqqında yazmağa imkanı var idi. Lakin diqqətli oxucu 2011-ci il ərzindəki Qərb mətbuatına baxmaqla orada "biz ..... ölkədən qaz almayacağıq" mövzusunda mənfi ifadələr tapmayacaq.

Əks tərəfdə olan oxucuda yaranan daha bir qanuni sual isə budur: niyə Azərbaycan BMT TŞ-nin üzvü olanda, ona 150 ölkə dəstək və etimad göstərəndə bu gün ölkədə nə baş verməsi ilə maraqlanan Qərb jurnalistləri faktları etiraf etməkdən başqa, Azərbaycan haqqında onun uğurları ilə bağlı yazmağa macal tapmadılar?

Bəs bu gün nə baş verdi ki? Niyə bir həftədən çoxdur ki, mətbuatda mahnı müsabiqəsinin ev sahibi kimi Azərbaycan haqqında məqalələr çıxır? Məgər "Eurovision" layiq olmağın mümkün göründüyü böyük nailiyyətdir, yaxud bu, Azərbaycana bir daha böhtan atmaq istəyən bəzi qüvvələr üçün sadəcə bəhanədir?

Heç kimə sirr deyil ki, gah sakitləşən, gah da yenidən qızışan informasiya müharibəsi bu gün, ilk növbədə, Azərbaycanı antidemokratik ölkə kimi təqdim etmək baxımından istənilən cəhdlərə pul buraxmağa vəsaiti və imkanları olan nüfuzlu və zəngin erməni lobbisinə sərf edir. Bununla da erməni lobbisi dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ problemindən yayındırmaq və Bakıya qara yaxmaq istəyir.

Erməni tərəfinin böhtanları artıq bu yaxınlarda - Yerevanın Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsində iştirak etməkdən sadəcə imtina etməsi ilə deyil, həm də imtinanı üstəlik yalana söykənən yalançı vətənpərvərlik səbəbləri ilə əsaslandırmağa səy göstərərək xüsusi təntənə ilə bəyan edərkən ifşa olunub.

Bəzi erməni müğənnilərin Ermənistanın "Eurovision 2012" mahnı müsabiqəsində iştirakının yolverilməzliyi ilə bağlı çağırışını Yerevan guya Azərbaycan snayperi tərəfindən öldürülən erməni əsgərin qətli ilə əlaqələndirirdi. Düzdür, sonradan məlum oldu ki, əsgər öz xidmət yoldaşı tərəfindən praktiki olaraq yaxından bir neçə metr məsəfadən güllələnib.

Eybi yox, qoy bunu erməni xadimlərin vicdanına buraxaq. Onsuz da bu, dünya erməniçiliyin arzulanana çatmaq yolunda əl atdığı natəmiz vasitələrinin ilk təsdiqi deyil.

Bundan başqa, bəzi Qərb qüvvələrində Azərbaycana qarşı əvvəlcədən yaranmış açıq-aşkar səhv fkir mövcuddur. Bu fikir ya islamofobiyaya, ya da keçmiş sovet dövlətinin, məsələn, rəqabətli Avropa ölkəsi ola biləcəyini tanımaq istəməməyə əsaslanır.

Təəccüblüdür ki, daimi olaraq xaricdə yaşayan və özünü müxalifət adlandıran Azərbaycanın özünün bir çox nümayəndələri bu işdə erməni lobbisinin xeyrinə çalışır. Hər bir meydançadan Dağlıq Qarabağ, öz ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizə üçün istifadə etmək əvəzinə bu yalançı vətənpərvərlər artıq çoxdan yaşamadıqları ölkədə insan hüquqlarının pozulması və söz azadlığı problemlərindən danışırlar.

Elə ölkədə yaşayan və özünü fəxrlə müxalifət adlandıranlar da bütün qüvvələrini səfərbər edirlər ki, öz dövlətini Qərb qarşısına ən əlverişsiz vəziyyətdə çıxartsınlar. Bu zaman onlar bu istiqamətdə sayı bir neçə yüz olan tərəfdarlarından dəstək alır ki, bu da çox şeydən xəbər verir.

Əgər öz dövlətinin əmin-amanlığı üçün işləmək əvəzinə, onu ləkələmək vətənpərvərlik adlanırsa, o zaman bizə Vətəni ilk fürsətdəcə öz xarici himayədarlarının imtiyazları qarşılığında satmağa hazır olan belə "qəhrəman vətənpərvərlər" lazım deyil!

Xəbər lenti

Xəbər lenti