...

Ukraynanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılıb

Siyasət Materials 24 Aprel 2012 10:25 (UTC +04:00)
Ukraynada qarşıdakı parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi yanında xarici seçki məntəqəsi yaradılıb.
Ukraynanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılıb

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Ukraynada qarşıdakı parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi yanında xarici seçki məntəqəsi yaradılıb.
Seçki məntəqəsi Ukraynanın Mərkəzi Seçki Komissiyasının 2012-ci il 12 aprel tarixli 67 saylı "Daimi əsasda xarici seçki məntəqəsinin yaradılması haqqında" sərəncamına əsasən yaradılıb. Trend-in məlumatına görə, bu barədə diplomatik missiyanın saytında yerləşdirilmiş məlumatda deyilir.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Ukraynanın Ali Radasına seçkilər bu il keçirilməlidir. Səsvermənin oktyabr ayına təyin ediləcəyi gözlənilir. Seçkilər Ukraynanın 2011-ci il 17 noyabr "Ukrayna xalq deputatlarının seçkiləri haqqında" qanunu əsasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti