Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A.Tağıyeva/
Suriya ordusuna qarşı mübarizə aparmaq üçün müxalifət tərəfindən yaradılan "Azad Suriya ordusu"nun 60 min hərbçisi var. Bu barədə çərşənbə axşamı Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.
Suriya ordusu sıralarını tərk etmə prosesi daha çox ölkənin Hums və Hələb şəhərlərindəki Hərbi Hava Qüvvələrində müşahidə edilir.
Bununla belə, Suriya probleminin Türkiyə Milli Təhlükəsizlik Komitəsinin yığıncağında müzakirə edilməsi gözlənilir. Yığıncaq ölkə Prezidenti Abdullah Gülün sədrliyi ilə keçiriləcək.