...

Azərbaycanın hakim partiyasının 20 illiyi ilə bağlı tədbirlər planı təsdiqlənib

Siyasət Materials 26 Aprel 2012 13:44 (UTC +04:00)
Partiyanın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov İdarə Heyətinin gündəliyindəki məsələlər barədə məlumat verib.
Azərbaycanın hakim partiyasının 20 illiyi ilə bağlı tədbirlər planı təsdiqlənib

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/

Aprel ayının 26-da YAP İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov İdarə Heyətinin gündəliyindəki məsələlər barədə məlumat verib.

İclasda bildirilib ki, hər il olduğu kimi, bu il də ümummilli lider Heydər Əliyevin anadan olduğu gün Azərbaycan ictimaiyyəti və Yeni Azərbaycan Partiyası tərəfindən geniş şəkildə qeyd ediləcəkdir.

İdarə Heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının tədbirlər planını təsdiq edib.

İclasda qeyd olunub ki, bu il Yeni Azərbaycan Partiyası üçün yubiley ili kimi əlamətdardır.

Bununla əlaqədar olaraq, Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə dair tədbirlər planı müzakirə olunaraq, təsdiq edilib. Eyni zamanda, partiya fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı zəruri qərarlar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti