...

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında yeni təyinat olub

Siyasət Materials 30 Aprel 2012 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında yeni təyinat olub.

Partiyanın mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Bünyamin Qəmbərli BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin əmri ilə partiya sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Bünyamin Qəmbərli 1964-cü ildə Naxçıvan Muxtar Respublikasında, Babək rayonunun Nehrəm kəndində doğulub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1985-1988-ci illərdə Naxçıvanda və Bakıda müəllimlik fəaliyyəti göstərib.

Azərbaycan Xalq Cəbhəsi Babək rayon şöbəsinin sədri, AXC Naxçıvan MR təşkilatı İdarə Heyətinin və AXC Ali Məclisinin üzvü olub.

1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib.

Hazırda Azərbaycan Turizm İnstitutunun müəllimidir.

Xəbər lenti

Xəbər lenti