...

Azərbaycanda piratçılığa qarşı mübarizəyə dair qanun layihəsi ikinci oxunuş üçün parlamentə tövsiyə olunub

Siyasət Materials 4 May 2012 12:42 (UTC +04:00)
Azərbaycanda piratçılığa qarşı mübarizəyə dair qanun layihəsi ikinci oxunuş üçün parlamentə tövsiyə olunub
Azərbaycanda piratçılığa qarşı mübarizəyə dair qanun layihəsi ikinci oxunuş üçün parlamentə tövsiyə olunub

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Elm və təhsil komitələrinin cümə günü keçirilən birgə iclasında "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunması üçün parlamentin plenar iclasına tövsiyə olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rəfael Cəbrayılov bildirib ki, parlamentdə birinci oxunuş zamanı edilən çıxışlarda bir sıra hallarda "Əqli mülkiyyət hüququ" anlayışı "Müəlliflik hüququ" anlayışı ilə eyniləşdirilib.

"Əqli mülkiyyət hüququ ilə müəlliflik hüququ ayrı-ayrı hüquq növləridir. Müəllif hüququ hər kəsin yaradıcı azadlığının olması deməkdir. Yaradılan əsər onun müəllifinin mülkiyyəti olmaya da bilər", - o deyib.

Qanun əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmın edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayımlanmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyir.

Qanun layihəsində qeyd olunur ki, əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan qaydada həyata keçirilməlidir.

Hüquq sahibinin və ya onun nümayəndəsinin əsaslandırılmış müraciəti olduqda, əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar mülki işə baxan məhkəmə hüquqpozmaya yol verən şəxsdən pirat məhsulların hazırlanmasında (istehsal edilməsində), yayılmasında və əqli mülkiyyət hüquqlarını pozan xidmətlərin göstərilməsində birbaşa, yaxud dolayı yolla iştirak edən üçüncü şəxslər barədə informasiyaların hüquq sahibinə verilməsini cavabdehdən tələb etmək hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti