...

İlham Əliyev Almaniyanın xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 5 May 2012 15:34 (UTC +04:00)
Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelle ilə görüşü olub.
İlham Əliyev Almaniyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan, Bakı, 5 may /Trend/

Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelle ilə görüşü olub.

Görüşdə Guido Vestervelle Azərbaycan ilə Almaniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Ölkəsinin əlaqələrimizin genişlənməsində maraqlı olduğunu vurğulayan nazir Azərbaycan-Almaniya əməkdaşlığının bütün sahələrdə strateji maraqlar üzərində qurulduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirib.

Azərbaycan dövlətinin başçısı ölkələrimiz arasında uzun illər davam edən dostluq və əməkdaşlıq mühitinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti