...

Əli Həsənov: Bu il Azərbaycan dünyanın ən çox diqqət mərkəzində olan dövlətdir

Siyasət Materials 8 May 2012 17:07 (UTC +04:00)
Bu il Azərbaycan dünyanın ən çox diqqət mərkəzində olan dövlətdir.
Əli Həsənov: Bu il Azərbaycan dünyanın ən çox diqqət mərkəzində olan dövlətdir

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir A.Axundov/

Bu il Azərbaycan dünyanın ən çox diqqət mərkəzində olan dövlətdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə axşamı "The business year" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatında bildirib.

"İlk növbədə, bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və sədrlik edir. Bu il Azərbaycan Prezidenti bu tribunadan Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, ümumiyyətlə, erməni vandalizmi barədə bütün dünyaya səsləndi. Bundan başqa, artıq ötən ildən bəri "Eurovision" ilə bağlı bütün dünyanın diqqəti Azərbaycandadır", - Həsənov deyib.

PA rəsmisi qeyd edib ki, ötən il təmsilçilərimiz Eldar və Nigarın qələbəsi sayəsində belə möhtəşəm mahnı müsabiqəsi bu ay Azərbaycanda keçiriləcək.

"Məhz bu səbəbdən artıq dünyanın müxtəlif yerlərindən Azərbaycan mədəniyyəti, həyatı ilə bağlı məlumatlar toplayırlar, ölkəmizlə tanış olurlar. Bir sözlə, bu il bütün mədəniyyət sevərlər Azərbaycanla bağlı məlumat axtarışındadırlar. Öyrəndilər ki, biz dünyaya örnək verə bilən bir xalqıq. Artıq tanış olurlar ki, Azərbaycan Şərqdə ilk operanın yarandığı yerdir. Biz Şərqdə ilk demokratik respublika yaratmışıq, Şərqdə qadınlara səs hüququ ilk dəfə bizdə verilib", - Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti