...

Tacikistan bir neçə ölkə ilə viza rejimini ləğv edib

Siyasət Materials 23 May 2012 17:02 (UTC +04:00)
Tacikistan ABŞ, Türkiyə, Sinqapur, Malayziya, Misir və Avropa İttifaqına üzv ölkələrin vətəndaşları üçün viza rejimini ləğv edib.
Tacikistan bir neçə ölkə ilə viza rejimini ləğv edib

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir T.Cəfərov/

Tacikistan ABŞ, Türkiyə, Sinqapur, Malayziya, Misir və Avropa İttifaqına üzv ölkələrin vətəndaşları üçün viza rejimini ləğv edib. Bu barədə Trend çərşənbə günü İran televiziyasının rəsmi xəbər saytına istinadən məlumat verir.

Tacikistan parlamentinin nümayəndələri bu gün həmin ölkələrlə viza rejiminin ləğvi ilə bağlı qanunu təsdiq ediblər.

Qanuna əsasən, adıçəkilən ölkələrin vətəndaşları vizasız Tacikistana səfər edərək bir ay müddətinə ölkədə qala bilərlər.

Xəbər lenti

Xəbər lenti