...

İran qonşu ölkələrlə hərbi təlimlər keçirməyə hazırlaşır

Siyasət Materials 26 May 2012 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir T.Cəfərov/

İran qonşu ölkələr ilə yaxın gələcəkdə müştərək hərbi təlimlər keçirəcək. Bunu İranın Silahlı Qüvvələri komandanının müavini general Məhəmməd Mahmudi deyib. Trend-in məlumatına görə, bu barədə mashreghnews.ir xəbər saytı məlumat verir.

Mahmudi bildirib ki, tezliklə İranın Quru Qoşunları ilə qonşu ölkələrin birinin müvafiq qurumları ilə müştərək hərbi təlimləri keçiriləcək. Hazırda bu sahədə danışıqlar aparılır.

Mahmudi müştərək təlimlərin vaxtı və yeri, hansı ölkə ilə keçirilməsi ilə bağlı məlumatların daha sonra açıqlanacağını deyib.

Bundan öncə İran Silahlı Qüvvələrinin qərargah rəisinin əməliyyatlar üzrə müavini, general Mustafa Salami 2013-cü ilin yanvar ayında İran və Oman hərbi qüvvələrinin müştərək hərbi təlimlər keçirəcəyini demişdi.

Salaminin sözlərinə görə, müştərək hərbi təlimlər İranın Bəndər Abbas limanında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti