...

Dövlət Sərhəd Xidmətində Respublika Günü qeyd edilib

Siyasət Materials 28 May 2012 20:47 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidmətinin Bakının Nərimanov rayonundakı yeni yaşayış kompleksində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətində Respublika Günü qeyd edilib

Azərbaycan, Bakı, 28 may /Trend/

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Bakının Nərimanov rayonundakı yeni yaşayış kompleksində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Xidmətin rəisi, general-leytenant Elçin Quliyev Azərbaycan xalqının 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasından danışıb.

Quliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 94-cü ildönümü "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlqədar bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda qeyd edilir.

DSX-nın rəisi əlaqədar sərhəd nəzarəti məntəqələrinin əməkdaşlarının, müsabiqə təhlükəsizliyini təmin etməsində iştirak etmiş DSX-nın zabit və gizirlərinin xidmətlərini də qeyd edib.

Quliyevin sözlərinə görə, təkcə 2011-ci ildə DSX-nın gizir-zabit heyətinin məişət şəraitinin yaxşılaşdırılması üçün 1288 mənzil inşa edilib və bu il həmin say daha da artacaq.

Çıxışdan sonra Quliyev xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Bakı şəhərində tam təmir olunmuş yeni xidməti mənzillərin orderlərini təqdim edib.

Xidmətdə fərqlənən hərbi qulluqçulara 12 mərtəbəli, 6 bloklu binada 264 xidməti mənzil verilib.

Xəbər lenti

Xəbər lenti