Azərbaycan, Bakı, 30 may /Trend, müxbir M.Əliyev/
Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə günü keçirilən iclasında ölkə üzrə seçicilərin daimi siyahısı təsdiq olunub.
Trend-in məlumatına görə, iclasda Komissiyanın sədri Məzahir Pənahov qeyd edib ki, ötən illə müqaisədə bu il Azərbaycanda seçicilərin siyahısı ötən illə müqayisədə 50 min nəfərədək artıb.
Pənahov qeyd edib ki, seçici siyahıları keyfiyyətli şəkildə, operativ çap edilir.
MSK-nın iclasında, həmçinin, dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.