...

İran və "altılıq" arasında danışıqlar düzgün istiqamətdə gedir - XİN rəhbəri

Siyasət Materials 1 İyun 2012 16:37 (UTC +04:00)
Nüvə məsələləri üzrə İran və "altılıq" arasında aparılan danışıqlar düzgün istiqamətdə gedir. Trend-in cümə günü IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi Nyu-Dehlidə bəyan edib.
İran və "altılıq" arasında danışıqlar düzgün istiqamətdə gedir - XİN rəhbəri

Azərbaycan, Bakı, 1 iyun, /Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/

Nüvə məsələləri üzrə İran və "altılıq" arasında aparılan danışıqlar düzgün istiqamətdə gedir. Trend-in cümə günü IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi Nyu-Dehlidə bəyan edib.

Salehi Hindistana Baş nazir Mahmohan Sinqhi 26 iyul-3 avqust tarixlərində Tehranda keçiriləcək Qoşulmama Hərəkatının sammitində iştirak etməyə dəvət etmək üçün İran prezidenti Mahmud Əhmədinejadın xüsusi elçisi kimi gəlib.

Salehi bəyan edib ki, tərəflər İranın nüvə proqramı üzrə ciddi danışıqlar aparırlar və Tehran Moskvada keçiriləcək qarşıdakı görüşdən yaxşı nəticələr gözləyir.

İranın xarici işlər naziri tərəflərin sonda hamı üçün əlverişli ola biləcək ümumi razılaşma əldə edəcəklərinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti