...

Mübariz Əhmədoğlu: Konstantin Zatulinin Yerevana gəlməkdə məqsədi Ermənistanın Türkiyəyə tərəf keçməsinə xeyir-dua vermək idi

Siyasət Materials 4 İyun 2012 12:25 (UTC +04:00)
Moskvada fəaliyyət göstərən MDB İnstitutunun direktoru uzun fasilədən sonra yenidən Ermənistanda göründü, bu, ölkəyə son səfəri zamanı bəyan etdiyi ideya və tezisləri yenidən təkrarladı.
Mübariz Əhmədoğlu: Konstantin Zatulinin Yerevana gəlməkdə məqsədi Ermənistanın Türkiyəyə tərəf keçməsinə xeyir-dua vermək idi

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Mehdiyev/

Moskvada fəaliyyət göstərən MDB İnstitutunun direktoru uzun fasilədən sonra yenidən Ermənistanda göründü, bu, ölkəyə son səfəri zamanı bəyan etdiyi ideya və tezisləri yenidən təkrarladı. Konstantin Zatulinin Ermənistanla aktiv münasibətdə olduğu dövrü xarakterizə etmək üçün kifayət qədər materiallar mövcuddur. Bunu bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, bir neçə illə ölçülə bilinəcək zaman artıq arxada qalıb və vəziyyət dəyişib.

"Yəni, Ermənistan Rusiyadan uzaqlaşıb Qərbdə yaxınlaşıb. Ermənistanın antirusiya meyilli Gürcüstanla münasibətləri, Zatulinin təbii müttəfiqlik hesab etdiyi, Gürcüstan-Azərbaycan münasibətlərindən daha yaxşı vəziyyətdədir. ABŞ-dakı erməni lobbisinin Gürcüstan və Ermənistana təsir imkanları, demək olar ki, bərabərləşib. Rusiya MDB məkanında inteqrativ prosesləri yeni mərhələyə qaldırmaq istəyir", - Əhmədoğlu əlavə edib.

Politoloqun sözlərinə görə, bir sıra MDB dövlətlərinin bu layihələrə qoşulmamasının səbəbini başa düşmək olsa da, Ermənistanın Gömrük İttifaqından açıq şəkildə imtinasını başa düşmək olmur.

"MDB-nin və KTMT-nin son Moskva sammitlərindən dərhal sonra Ermənistanın Baş naziri Tiqran Sarkisyan ölkəsi üçün Gömrük İttifaqına üzv olmağın mümkün olmadığını aşkar şəkildə bəyan etdi. Səbəb Ermənistanla Gömrük İttifaqına üzv dövlətlər arasında coğrafi sərhədinin olmaması göstərildi. Aİ-nin təqdim etdiyi Azad Ticarət Zonası haqqında müqaviləyə qoşulmasını isə Ermənistanın prioritet adlandırdı. Hər halda hamıya aydındır ki, Ermənistanın Avropa İttifaqı ilə də coğrafı əlaqəsi yoxdur. Ermənilərin coğrafi sərhədlə bağlı məntiqsiz mövqeləri ölkələrinin KTMT-yə üzv olmasına və bununla da Azərbaycanı qorxutmağa qətiyyən maneçilik etmir", - Əhmədoğlu bildirib.

Politoloq hesab edir ki, Zatulin, Aleksandrov, Mixaylov, Areşev, Krivopuskov,Rusiya Strateji Tədqiqatlar İnstitutunun bəzi əməkdaşları və s. olmasaydı, bəlkə də Rusiya rəhbərliyində kimsə Ermənistanın bu xəyanətini görüb, qarşısını alacaqdı.

"Yuxarıda adı çəkilənlər və bu qisimdən olan adamlar Ermənistan rəhbərliyinə Rusiyaya arxadan xəncər saplamasını ört-basdır etmək üçün lazım idi. Şəxsən Zatulin Ermənistanla əlaqəli gördüyü işlərin son nəticəsini bilirdi, çünki ermənilərlə şəxsi planda bağlılığı var. İndi Zatulinin də iştirak etdiyi oyun başa çatır. ABŞ dövlət katibi Hillari Klinton yaxınlarda Ermənistanın Türkiyəyə tərəf keçməsi məsələsini həll edəcəkdir. Həmin ərəfədə Zatulin Ermənistana gəlib gördüyü işləri yada saldı, bir daha ondan gözlənilən qədər xeyir-duasını verdi və erdiyi işlərin müqabilində haqqını aldı", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti