...

Azərbaycan Prezidenti Andorranın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 4 İyun 2012 14:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyeni qəbul edib.
Azərbaycan Prezidenti Andorranın xarici işlər nazirini qəbul edib

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyeni qəbul edib.

Nazir Gilbert Saboya Sunye Andorra hökuməti adından Azərbaycana ilk rəsmi səfərə gəlməsindən şərəf hissi keçirdiyini dedi. O, Azərbaycanı yaxından tanımaq və Andorranın ölkəmizdə tanınması baxımından bu səfərin yaxşı imkan yaratdığını bildirdi. Xalqlarımızın qədim tarixə malik olduğunu vurğulayan Gilbert Saboya Sunye Azərbaycanın yaxşı inkişaf perspektivlərinin olduğunu qeyd etdi.

Prezident İlham Əliyev ölkələrimizin bir-birini yaxından tanıması üçün bu cür səfərlərin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı səfər zamanı ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yaradılması ilə bağlı imkanların müzakirə ediləcəyinə ümidvar olduğunu bildirdi.

Xəbər lenti

Xəbər lenti