Azərbaycan, Bakı, 4 iyul / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanın müdafiə naziri MDB dövlətlərinin müdafiə nazirlərinin şurasının iclasında iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB iştirakçısı dövlətlərin müdafiə nazirlərinin şurasının növbəti iclasında iştirak etmək üçün Kalininqrad şəhərinə yola düşüb.