...

Aİ Azərbaycana energetika üzrə mühüm tərəfdaş kimi baxır – Aİ Şurası rəhbəri (FOTO)

Siyasət Materials 5 İyul 2012 14:22 (UTC +04:00)
Aİ Azərbaycana energetika üzrə mühüm tərəfdaş kimi baxır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda jurnalistlərə Aİ Şurası rəhbəri Herman Van Rompey bildirib.
Aİ Azərbaycana energetika üzrə mühüm tərəfdaş kimi baxır – Aİ Şurası rəhbəri (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbirlər A.Bədəlova, E.Tariverdiyeva /

Aİ Azərbaycana energetika üzrə mühüm tərəfdaş kimi baxır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda jurnalistlərə Aİ Şurası rəhbəri Herman Van Rompey bildirib.

"Azərbaycan neft və qaz sahəsində Aİ-nin etibarlı tərəfdaşıdır. Biz "Cənub qaz dəhlizi"nin reallaşdırılmasını qətiyyətlə dəstəkləyirik", - Rompey deyib.

Onun sözlərinə görə, Aİ Azərbaycanla əlaqələri dərinləşdirmək istəyir.

"Azərbaycan təsirləndirici iqtisadi artımı ilə müxtəlif cəhətdən unikal ölkədir və hazırda vəzifə iqtisadiyyatın və müasirləşmənin davamlı artımını təmin etməkdən ibarətdir", - Rompey bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycan sülhə və təhlükəsizliyə sadiqliyini nümayiş etdirir.

"Cənub qaz dəhlizi" Aİ üçün vacib enerji layihəsidir. O, tədarüklərin marşrutlarının və mənbələrinin diversifikasiyalaşdırılması üçün nəzərdə tutulub. Layihə Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasına yönəldilib.

Xəbər lenti

Xəbər lenti