...

Milli Məclisin deputatı Novruz Aslanov Lahıcda seçicilərlə görüşüb (FOTO)

Siyasət Materials 6 İyul 2012 12:00 (UTC +04:00)
İyulun 5-də Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səfər edib.
Milli Məclisin deputatı Novruz Aslanov Lahıcda seçicilərlə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

İyulun 5-də Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səfər edib.

Trend-in məlumatına görə, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov və yerli icra strukturlarının rəhbərlərinin iştirakı ilə qəsəbə İH nümayəndəliyinin binasında sakinlərin qəbulu keçirilib. Həmişə olduğu kimi, bu dəfə də sakinlər fərdi qaydada qəbul edilib və onların qaldırdığı məsələlər diqqətlə dinlənilib. Qaldırılan məsələlər, əsasən, torpaq sahəsi, uşaq bağçasının tikintisi ilə bağlı olub.

Ayrı-ayrı sakinlər şəxsi məişət problemləri barədə də millət vəkilinə müraciət ediblər. Qəsəbə sakinlərindən bir neçəsi onların problemlərinin həllinə göstərilən köməkliyə görə həm deputata, həm də rayon İcra Hakimiyyətinin başçısına təşəkkürlərini bildiriblər.

Məlumat üçün bildirək ki, İsmayıllı rayonunun kənd və qəsəbələrində seçicilərlə mütəmadi olaraq görüşlər keçirilir və belə görüşləri deputatla rayon İcra Hakimiyyətinin başçısı birgə təşkil edir.

Xəbər lenti

Xəbər lenti