...

Azərbaycan Prezidenti İspaniyanın xarici işlər üzrə dövlət katibini qəbul edib

Siyasət Materials 10 İyul 2012 17:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibi Qonzalo de Benitonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti İspaniyanın xarici işlər üzrə dövlət katibini qəbul edib

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibi Qonzalo de Benitonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibi Qonzalo de Benitonun ölkəmizə səfərinin əlaqələrimizin inkişafı baxımından uğurlu olacağına əminliyini bildirdi.

Qonzalo de Beniton son illər Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində diqqətlə izlənildiyini dedi və Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğuladı. Qonzalo de Beniton İspaniya Krallığının Baş naziri Mariano Raxoyun məktubunu dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti