...

Azərbaycanda ünvan reyestri sisteminin yaradılması üçün Dövlət Əmlak Məsələləri Komitəsinə 4 milyon manat ayrıldı

Siyasət Materials 18 İyul 2012 18:33 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycanda ünvan reyestri sisteminin yaradılması üçün Dövlət Əmlak Məsələləri Komitəsinə 4 milyon manat ayrıldı

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən, Azərbaycanda ünvan reyestri sisteminin yaradılması çərçivəsində mövcud olan və yeni salınan küçə, prospekt, meydan və digər nəqliyyat infrastrukturu obyektlərində yerləşdirilmək üçün ünvan adlarını və nömrələrini əks etdirən müasir dizaynlı lövhələrin hazırlanması və quraşdırılması ilə əlaqədar işlərin cari ildə başlanmasını təmin etmək üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 4,0 (dörd) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

Xəbər lenti

Xəbər lenti