...

Tacikistanda xüsusi əməliyyat nəticəsində 200 nəfər ölüb

Siyasət Materials 24 İyul 2012 18:13 (UTC +04:00)
Bu gün Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində xüsusi xidmət orqanlarının generalı Abdullo Nəzərovun ölümündə əli olan mütəşəkkil qrupun məhv edilməsi məqsədilə aparılan xüsusi əməliyyatda ən azı 100 hərbçi və 100-dən çox dinc sakin ölüb.
Tacikistanda xüsusi əməliyyat nəticəsində 200 nəfər ölüb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Bu gün Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində xüsusi xidmət orqanlarının generalı Abdullo Nəzərovun ölümündə əli olan mütəşəkkil qrupun məhv edilməsi məqsədilə aparılan xüsusi əməliyyatda ən azı 100 hərbçi və 100-dən çox dinc sakin ölüb. Bu barədə Trend BBC-yə istinadən məlumat verir.

General Abdullo Nəzərov iyulun 21-də gecə saatlarında Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi olan Xoroqdan iki kilometr aralıda qətlə yetirilib. 56 yaşlı Nəzərov Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTDK) regional idarəsinə rəhbərlik edirdi. MTDK-nın ehtimalına görə, Nəzərov hücum nəticəsində bıçaq yaralarından dünyasını dəyişib.

Tacikistan Daxili İşlər Nazirliyi və MTDK-nın bir müddət əvvəl verdikləri birgə bəyanatda deyilirdi ki, Nəzərovun ölümündə məsuliyyət daşıyan cinayətkar qruplaşmaya sərhəd dəstələrindən birinin rəisi Tolib Ayyombekov başçılıq edir. Onun uzun müddət narkotik vasitələr, tütün məmulatları və qiymətli daşların qaçaqmalçılığı ilə məşğul olduğu bildirilir.

Məlumata görə, Ayyombekov çərşənbə axşamı Əfqanıstana qaçıb. Xüsusi əməliyyat nəticəsində onun oğullarından biri öldürülüb.

Xəbər lenti

Xəbər lenti