...

Türkiyə Suriya ilə sərhəddə hərbi təlimlərə başlayıb

Siyasət Materials 1 Avqust 2012 15:22 (UTC +04:00)
Türkiyənin Suriya ilə sərhəd olan Mardin şəhərində türk ordusu hərbi təlimlərə başlayıb.
Türkiyə Suriya ilə sərhəddə hərbi təlimlərə başlayıb

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Suriya ilə sərhəd olan Mardin şəhərində türk ordusu hərbi təlimlərə başlayıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Hərbi təlimlərdə xeyli sayda zirehli texnikadan istifadə edilib. Təlimlər bir neçə gün davam edəcək.

Qeyd edək ki, iyulun 27-də PKK üzvlərinin Suriyanın şimal ərazilərinə nəzarət etməsi barədə məlumatın yayılmasından sonra Türkiyə ordusu Suriya ilə sərhəddə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, sərhəddə hərbi qulluqçuların sayı artırılıb və əlavə hərbi texnika yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti