...

Türkiyə erməni terrorunun qurbanlarının xatirəsinə abidələr ucaldacaq

Siyasət Materials 16 Avqust 2012 11:25 (UTC +04:00)
Türkiyə erməni terror təşkilatı olan ASALA-nın qurbanlarına dünyanın müxtəlif ölkələrində abidə ucaltmaq niyyətindədir
Türkiyə erməni terrorunun qurbanlarının xatirəsinə abidələr ucaldacaq

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyə erməni terror təşkilatı olan ASALA-nın qurbanlarına dünyanın müxtəlif ölkələrində abidə ucaltmaq niyyətindədir. Bu barədə Trend Türkiyənin "Hurriyet" qəzetinə istinadən xəbər verir.

İlk belə abidə ASALA terror təşkilatı tərəfindən 30 il bundan əvvəl qətlə yetirilmiş türkiyəli diplomat Atilla Altıkatın xatirəsinə avqustun 27-də Kanadanın paytaxtı Ottava şəhərində ucaldılacaq.

Türkiyə bu barədə qərarı erməni diaporunun qondarna "erməni soyqırımı"nı geniş təbliğ etməsinə cavab olaraq qəbul edib.

Xəbər lenti

Xəbər lenti