...

Şimali Koreyanın rəhbəri İrana səfər edəcək

Siyasət Materials 21 Avqust 2012 15:36 (UTC +04:00)
Şimali Koreyanın lideri Kim Çen Un İrana səfər edəcək. O, "Bitərəf Dövlətlər Hərəkatı"na (Non-Aligned Movement - NAM) üzv ölkələrin Dövlət başçılarının XVI sammitində iştirak edəcək.
Şimali Koreyanın rəhbəri İrana səfər edəcək

Azərbaycan, Bakı, 21 avqust /Trend müxbir T.Cəfərov/

Şimali Koreyanın lideri Kim Çen Un İrana səfər edəcək. O, "Bitərəf Dövlətlər Hərəkatı"na (Non-Aligned Movement - NAM) üzv ölkələrin Dövlət başçılarının XVI sammitində iştirak edəcək.

Bunu Tehranda keçiriləcək samitin Təşkilat Komitəsinin sözçüsü Məhəmmədrza Furqani deyib. Trend-in məlumatına görə, bu barədə "Asriran" xəbər saytı məlumat verir.

Furqani bildirib ki, Şimali Koreyanın rəhbəri və digər yüksək vəzifəli rəsmilər bu sammitdə iştirak etmək üçün Tehrana səfər edəcək.

"Bitərəf Dövlətlər Hərəkatı"na üzv ölkələrin Dövlət başçılarının XVI sammiti avqustun 28-29-da Tehranda keçiriləcək."Bitərəf Dövlətlər Hərəkatı" formal olaraq heç bir bloka aid olmadığını elan etmiş 118 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır.Onun yaradılması ideyası 1955-ci ildə Bandonq (İndoneziya) konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda "Bitərəf Dövlətlər Hərəkatı"nın yaradıldığı elan olunub.

"Bitərəf Dövlətlər Hərəkatı"na üzv ölkələrin başçıları səviyyəsində 14 sammit keçirilib. Üzv ölkələrin dövlət başçılarının 15-ci sammiti 2009-cu il iyulun 11-dən 16-dək Misirdə keçirilib. Bu hərəkatın üzv olan ölkələrin 53-ü Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropada yerləşir.

Xəbər lenti

Xəbər lenti