...

İranın vitse-prezidenti Bakıya səfər edəcək

Siyasət Materials 3 Sentyabr 2012 18:08 (UTC +04:00)
İranın vitse-prezidenti, ölkənin Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatının rəhbəri Həsən Musəvi sentyabrın 5-də Azərbaycana səfər edəcək.
İranın vitse-prezidenti Bakıya səfər edəcək

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranın vitse-prezidenti, ölkənin Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatının rəhbəri Həsən Musəvi sentyabrın 5-də Azərbaycana səfər edəcək. Bu barədə Trend bazar ertəsi IRNA agentliyinə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, Musəvi sentyabrın 6-7-də Bakı şəhərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Azərbaycan Turizm Assosiasiyası tərəfindən keçiriləcək "İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfransda iştirak edəcək.

Musəvi İran Prezidenti Mahmud Əhmədinejadın Azərbaycan Prezidenti İlham Əliyevə məktubunu çatdıracaq.

Konfransda ÜTT-nin baş katibi Taleb Rifai, təşkilatın məruzəçiləri, ekspertləri, ÜTT-yə üzv dövlətlərin milli turizm təşkilatlarının yüksək vəzifəli şəxsləri, həmçinin yerli və xarici hökumət və qeyri-hökumət təşkilatlarının və dünyanın aparıcı KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Azərbaycan ÜTT-nin İpək Yolu Proqramının üzvüdür. 28 ölkənin üzv olduğu İpək Yolu Proqramının məqsədi birgə səylərlə İpək Yolu boyunca turizmi davamlı inkişaf etdirməkdir.

Konfrans iştirakçıları İpək Yolu ölkələrinin kulinariya təcrübəsinə dair fikir mübadiləsi aparacaqlar.

Xəbər lenti

Xəbər lenti