...

Türkiyə Fransaya nota verdi

Siyasət Materials 5 Sentyabr 2012 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

Fransada məktəblərin tarix dərsliklərində uydurma "erməni soyqırımı" haqqında bölümün daxil edilməsindən sonra Ankara Türkiyənin Parisdəki səfiri Tahsin Burcuoğlunun vasitəsilə Fransa XİN-ə etiraz notası göndərib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Etiraz notası ilə yanaşı, Fransa Təhsil Nazirliyinə də məktib göndərilərək, kitablarda yer alan məlumatların reallığı əks etdirmədiyi bildirilib.

Bir müddət əvvəl bəzi Türkiyə KİV-də Fransa Təhsil Nazirliyi tərəfindən məktəblərin tarix dərsliklərinə qondarma "erməni soyqırımı"na həsr olunmuş bölmənin daxil edilməsi ilə bağlı məlumatlar yayılmışdı. Bununla əlaqədar, Türkiyənin Xarici İşlər Nazirliyi müvafiq araşdırmaya başlayacağını bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti