...

İlham Əliyev Tacikistan və Şimali Koreya liderlərini təbrik edib

Siyasət Materials 8 Sentyabr 2012 18:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Tacikistan və Şimali Koreya liderlərini təbrik edib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.
Bu gün Azərbaycan-Tacikistan münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Çoxşaxəli dostluq əlaqələrimiz əməkdaşlığımızın dərinləşməsi və əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar açır. Əminəm ki, bu yaxınlarda ölkəmizə rəsmi səfəriniz, Sizinlə apardığımız səmərəli fikir mübadiləsi, imzalanan sənədlər Azərbaycan-Tacikistan dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsi və inkişafı işinə yeni töhfələr verəcəkdir ", - təbrikdə deyilir.

İlham Əliyev Emoməli Rəhmona möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Tacikistan xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Əmək Partiyasının Birinci Katibi Kim Çen Ina da təbrik məktubu ünvanlayıb.

"Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Kim Çen Ina möhkəm cansağlığı, işlərində uğurlar, dost xalqına sülh və tərəqqi arzulayıb.

Xəbər lenti

Xəbər lenti