...

Azərbaycanın hakim partiyası: ASALA-nın bəyanatları sabun köpüyü kimi dağılıb gedəcək

Siyasət Materials 10 Sentyabr 2012 17:33 (UTC +04:00)
ASALA erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Vaxtilə Türkiyə qarşı yaradılmış bu terror təşkilatı xeyli zamandır fəaliyyət göstərmirdi. İndi ASALA hansısa qüvvələr tərəfindən yenidən dirildilib.
Azərbaycanın hakim partiyası: ASALA-nın bəyanatları sabun köpüyü kimi dağılıb gedəcək

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

ASALA erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Vaxtilə Türkiyə qarşı yaradılmış bu terror təşkilatı xeyli zamandır fəaliyyət göstərmirdi. İndi ASALA hansısa qüvvələr tərəfindən yenidən dirildilib. Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

Qurbanlı bildirib ki, bəzi dairələr ASALA-nı regionda alətə çevirmək istəyirlər.

Onun sözlərinə görə, amma bu gün dünya dəyişir, terrorun hamı üçün təhlükə olduğu dərk olunur.

"Ona görə də, inanmıram ki, ASALA-nı dirildənlər onun vasitəsilə öz məqsədlərinə çata bilsin. Səfirliklərimizin təhlükəsizliyi qorunur, bu istiqamətdə dövlətimiz lazımi işlər görür. Azərbaycan ASALA-nın təhdidlərindən çəkinmir. Bu terror təşkilatını Ermənistan himayə edir. Ermənilər işğal olunmuş Dağlıq Qarabağ ərazisində də terror təşkilatları yaradıblar. Azərbaycan öz təhlükəsizliyini qorumağa qadirdir və yeri gələrsə, ASALA qat-qat güclü cavabını alacaq", - millət vəkili deyib.

Qurbanlı qeyd edib ki, "Evrovision 2012" mahnı müsabiqəsi ərəfəsində də terror cəhdi var idi. Amma ölkəmizin təhlükəsizlik orqanları bu cəhdlərin qarşısını lazımi səviyyədə aldılar. ASALA-nın bəyanatları sabun köpüyü kimi dağılıb gedəcək.

Xəbər lenti

Xəbər lenti