...

XİN: PKK-çıların hücumu nəticəsində yaralananlardan biri Azərbaycan vətəndaşıdır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Sentyabr 2012 11:37 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti PKK terrorçularının hücumu nəticəsində yaralananlar arasında Azərbaycan vətəndaşının olmasını təsdiqləyib.
XİN: PKK-çıların hücumu nəticəsində yaralananlardan biri Azərbaycan vətəndaşıdır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti PKK terrorçularının hücumu nəticəsində yaralananlar arasında Azərbaycan vətəndaşının olmasını təsdiqləyib.

XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Trend-ə açıqlamasında bildirib ki, ilkin məlumatlara görə, İğdırda PKK terrorçularının hücumu nəticəsində yaralanan Elmin Süleymanov Azərbaycan vətəndaşıdır və Sədərək rayon sakinidir.

"Hazırda Azərbaycanın Qarsdakı Baş Konsulluğu vətəndaşımızın səhhəti ilə maraqlanır", - Abdullayev deyib.

Qeyd edək ki, Türkiyənin İğdır vilayətində PKK terror təşkilatının avtomobil karvanına atəş açması nəticəsində bir neçə şəxs yaralanıb. Türkiyənin Doğan agentliyinin məlumatına görə, yaralananlar arasında Ayxan Süleymanov adlı şəxs də var.

Xəbər lenti

Xəbər lenti