...

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sinqapurun və Sloveniyanın XİN rəhbərləri ilə görüşüb (FOTO)

Siyasət Materials 27 Sentyabr 2012 10:55 (UTC +04:00)
Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Sinqapur Respublikasının xarici işlər naziri Kasivisvanatan Şanmugam ilə görüş keçirib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sinqapurun və Sloveniyanın XİN rəhbərləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sinqapurun və Sloveniyanın XİN rəhbərləri ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Sinqapur Respublikasının xarici işlər naziri Kasivisvanatan Şanmugam ilə görüş keçirib.

Görüşdə nazirlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə müxtəlif sahələri əhatə edən hüquqi bazanın genişləndirilməsi və tərəflər arasında rəsmi sənədlərin imzalanması məsələsinin nəzərdən keçirilməsi barədə razılığa gəliblər.

Azərbaycanın və Sinqapurun xarici işlər nazirləri ikitərəfli münasibətlər üçün zəruri olan beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı səfərlərin həyata keçirilməsi vacibliyini vurğulayıblar.

Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Sloveniyanın xarici işlər naziri Karl Erjavec ilə də görüş keçirib.

Görüşdə Azərbaycanla Sloveniya arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanları müzakirə edilib və əlaqələrin genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Tərəflər iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə hər iki ölkədə biznes forumların keçirilməsi və iqtisadiyyat sahəsinə məsul olan dövlət və özəl qurumların təmaslarının artırılması barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti