...

Abdullah Gül: Türkiyə türkdilli ölkələrlə münasibətlərin inkişafında maraqlıdır

Siyasət Materials 1 Oktyabr 2012 19:20 (UTC +04:00)
Türkiyə türkdilli ölkələrlə münasibətlərə böyük əhəmiyyət verir və bu münasibətlərin inkişaf etməsində maraqlıdır.
Abdullah Gül: Türkiyə türkdilli ölkələrlə münasibətlərin inkişafında maraqlıdır

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə türkdilli ölkələrlə münasibətlərə böyük əhəmiyyət verir və bu münasibətlərin inkişaf etməsində maraqlıdır. Trend-in yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Türkiyə Prezidenti Abdullah Gül ölkə parlamentində çıxışında deyib.

"Türkiyə, əvvəllər olduğu kimi, türkdilli ökələrlə iqtisadi və siyasi münasibətləri genişləndirmək niyyətindədir" , - o qeyd edib.

Gülün sözlərinə görə, Türkiyə "qonşu ölkələrlə sıfır problem" siyasətini dava etdirmək niyyətindədir.

Qeyd edək ki, bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyası öz işinə başlayıb. Parlamentdə əsaz müzakirə mövzusu terrorizmlə mübarizə və Yaxın Şərqdəki vəziyyət olacaq.

Xəbər lenti

Xəbər lenti