...

Elmar Məmmədyarov Finlandiya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 3 Oktyabr 2012 10:06 (UTC +04:00)
Oktyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiyanın Azərbaycandakı səfiri Petri Salonu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov Finlandiya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Oktyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiyanın Azərbaycandakı səfiri Petri Salonu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, nazir Finlandiya səfirinin ölkəmizdə fəaliyyətini yüksək qiymətləndirib və onun fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin inkişafına və genişlənməsinə töhfə verdiyini qeyd edib. Görüşdə, həmçinin Azərbaycan-Finlandiya arasında ikitərəfli əlaqələrin mövcud vəziyyəti məmnunluqla qeyd edilib və əməkdaşlığın genişlənməsi üçün potensialın olduğu vurğulanıb.

Nazir Elmar Məmmədyarov finlandiyalı səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir Petri Salo ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib və ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti