...

Elmar Məmmədyarov İtaliyanın keçmiş xarici işlər naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 4 Oktyabr 2012 10:25 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın keçmiş xarici işlər naziri, İtaliya Deputatlar Palatasının üzvü və Avropa Xalq Partiyasının xarici əlaqələr üzrə koordinatoru Franko Frattinini qəbul edib.
Elmar Məmmədyarov İtaliyanın keçmiş xarici işlər naziri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın keçmiş xarici işlər naziri, İtaliya Deputatlar Palatasının üzvü və Avropa Xalq Partiyasının xarici əlaqələr üzrə koordinatoru Franko Frattinini qəbul edib.

XIN-in mətbuat xidmətindən Tend-ə verilən məlumata görə, Məmmədyarov qonağı ölkəmizdə görməkdən və Azərbaycan-İtaliya ikitərəfli əlaqələrinin mövcud səviyyəsindən məmnunluğunu diqqətə çatdırıb. Nazir, həmçinin ölkələrimiz arasında əməkdaşlığın sıxlaşdırılması üçün iki ölkə arasında yüksək səviyyəli təmasların, xüsusilə də parlamentlər arasında təmasların artırılmasının əhəmiyyətini qeyd edib.

İtaliyanın keşmiş xarici işlər naziri Franko Frattini Azərbaycana səfərinin onda xoş təəssürat doğurduğunu bildirib və Azərbaycanın Avropanın enerji təchizatı və beynəlxalq təhlükəsizliyin təmin olunmasına verdiyi töhfənin yüksək qiymətləndirildiyini vurğulayıb. O, həmçinin Avro-Atlantik məkana inteqrasiya istiqmətində Azərbaycanın əldə etdiyi uğurlardan məmnun olduğunu diqqətə çatdırıb və Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti