...

Türkdilli ölkələr üçün yeni mükafat təsis olunacaq

Siyasət Materials 4 Oktyabr 2012 16:50 (UTC +04:00)
Türkdilli ölkələr üçün yeni mükafat təsis olunacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akınçı bildirib.
Türkdilli ölkələr üçün yeni mükafat təsis olunacaq

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir M.Əliyev/

Türkdilli ölkələr üçün yeni mükafat təsis olunacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akınçı bildirib.

Akınçı deyib ki, gələn il Bakıda Tükdilli Ölkələrin Əməkdaşlıq Şurasının növbəti iclası keçiriləcək.

Qurum "Türk dünyasının qüruru" adlı mükafat təsis etməyi planlaşdırır.

"Bu mükafatın elm adamlarına, yazıçılara va sair şəxslərə verilməsi nəzərdə tutulur", - Akınçı deyib.

O, həmçinin bildirib ki, Naxçıvanda və Türkiyədə qurumun növbəti illər üçün bir sıra tədbirləri keçiriləcək.

Akınçının sözlərinə görə, tədricən türkdilli ölkələrin vahid gömrük ittifaqının yaradılması da mümkün ola bilər.

Baş katib deyib ki, hazırda türkdilli ölkələrin səfirlərinin müəyyən bölgələr üzrə bir araya gəlməsi ilə bağlı iş aparılır. Burada onlar türkdilli ölkələrlə bağlı ortaq məsələləri müzakirə edəcəklər.

"İstənilən toplantıda da Azərbaycan və Türkiyə daim bir-birinə dəstək olub. Bu, türkdilli ölkələrin toplantılarında da eyni cür olur", - Akınçı qeyd edib.

Xəbər lenti

Xəbər lenti