...

Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Materials 11 Oktyabr 2012 19:55 (UTC +04:00)
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov oktyabrın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov oktyabrın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan dövlətinin başçısını hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda İslam Kərimov və Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.
Ali qonaq hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti