...

Azərbaycan və Rusiya Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçiriblər

Siyasət Materials 15 Oktyabr 2012 17:50 (UTC +04:00)
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində Azərbaycan və Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.
Azərbaycan və Rusiya Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçiriblər

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir M.Əliyev/

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində Azərbaycan və Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya Prezidentinin Rusiyanın həmsərhəd olan MDB iştirakçı dövlətləri ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları, Xəzəryanı dövlət başçılarının 18 noyabr 2010-cu ildə Bakıda keçirilmiş zirvə görüşündə qəbul olunmuş protokol qərarının icrası məqsədilə bir sıra mühüm məqamlar, o cümlədən digər müvafiq məsələlər müzakirə olunub, eləcə də növbəti zirvə görüşü ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəzər məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb və müntəzəm olaraq davam etdirilməsinin zəruri olduğu bildirilib.

Həmin gün nazir müavini Xələfov Rusiya Xarici İşlər Nazirliyinin stats-katibi, nazir müavini Qriqori Karasinlə görüş keçirib. Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub və qarşılıqlı maraq doğuran regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti