...

Fövqəladə hallar naziri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Siyasət Materials 23 Oktyabr 2012 22:02 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı qəbul edib.
Fövqəladə hallar naziri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı qəbul edib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nazir, ilk növbədə, ölkəmizə yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzulayaraq səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Görüş zamanı qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Həmçinin, ötən illər ərzində Azərbaycanın fövqəladə hallar nazirliyi ilə ABŞ-ın fövqəladə halların idarə edilməsi sahəsində məsul dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyi səfirin diqqətinə çatdırılıb.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti